Hadisə

Qazaxda "07" aşdı, xəsarət alanlar var

18 Aprel 2021 17:46
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə  alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarə etməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2002-ci il təvəllüdlü Qasımzadə Elcan Nadir oğlu və 2003-cü il təvəllüdlü Məmmədov Ruzi Şükür oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.