Hadisə

Azərbaycanda dəhşət: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi - VİDEO

15 Aprel 2021 10:39
Baxış: 2 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ana 3 aylıq körpəsini küçəyə atmaq istəyib. Ətrafdakı insanlar buna mane olduqlarından, o, uşağını sığınacağa qoyaraq gedib. Körpənin atası da övladına sahib çıxmayıb.

Milli. Az xezerxeber-ə istinadən xəbər verir ki, valideynləri 3 aylıq körpədən imtina etdilər.

Hadisə ötən gün Bakının qəsəbələrindən birində baş verib. Qadın 3 aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Lakin ətrafdakı insanlar buna mane olub və qadını uşağı ilə birlikdə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər. Uşaq yarıçılpaq olduğundan ananı sığınacağa göndərən qadın öz paltarı ilə körpənin üstünü örtüb.

İctimai Birliyin sədri Mehriban Zeynalovanın sözlərinə görə, körpə anadan olandan çimdirilməyib. Sığınacaqda anaya və uşağa yemək və paltar verilib. Ana ilə söhbət aparılsa da, o, qəti şəkildə övladından imtina etdiyini bildirib.

Uşağın atası da tapılıb. Lakin o da övladına sahib çıxmayıb.

Uşaq Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə körpələr evinə yerləşdirilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.