Hadisə

Məhkəmə "İDEAL"ın keçmiş sahibinin şikayətini rədd etdi

9 Aprel 2021 16:27
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qətimkan tədbiri qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib.

İttihama görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.