Hadisə

Evdə yığıncaq təşkil edən 4 nəfər cərimələndi

15 Mart 2021 13:57
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində karantin qaydalarına zidd olaraq yığıncaq təşkil edən şəxslər müəyyən edilib.

Yığıncağın təşkilatçısı da daxil olmaqla, ümumilikdə, 4 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.