Hadisə

İntihar etdiyi deyilən qızın atası: "Özünü öldürmək istəməyib"

10 Mart 2021 16:56
Baxış: 4 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri - Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.

Milli.Az xəbər verir ki, baku.tv-nin əməkdaşları Qobu qəsəbəsində olub şagirdlərin valideynlərindən hadisənin təfərrüatlarını öyrənməyə çalışıblar.

Mərhum Mətanət Quliyevanın atasının sözlərinə görə, Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb:

"Son 3-4 gün idi, mən işdə idim. Dünən işdən birbaşa xəstəxanaya gəlmişəm. 3 övladım var, bu, kiçiyidir. Bizi tanıyam hamı, məktəbdə də hər kəs onun necə biri olduğunu deyə bilər. Uşaqlar istəyiblər ki, yüksəklikdən "selfi" çəkdirsinlər. Ehtiyatsızlıqdan biri yıxılıb, digəri isə onu tutmaq istəyərkən yıxılıb", - ata bildirib.

Qeyd edək ki, Əfruz evin yeganə övladı olub.

Xatırladaq ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

Qeyd edək ki, Qaradağ Rayon Prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci - özünü intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.