Hadisə

Baş Prokurorluq şagirdlərin intiharı ilə bağlı məlumat yaydı

10 Mart 2021 09:56
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.