Hadisə

Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı

4 Mart 2021 10:34
Baxış: 1 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələdə 61 yaşlı kişi həyətində ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Məlikli kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Hümbət Ədil oğlunun üzərində zorakılıq xəsarətləri olmayan meyiti evinin həyətyanı sahəsində gəlini Vahidə Abdullayeva tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Araşdırmalar zamanı məlum olub ki, H.Həsənovun həyat yoldaşı bir müddət əvvəl qəfil dünyasının dəyişib.

Hadisədən sonra H.Həsənov stress keçirib və əsəb xəstəsi olub. Son vaxtlar isə H.Həsənovun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.