Hadisə

Avtomobil işıq dirəyinə çırpıldı: sürücü öldü, 3 nəfər yaralandı

4 Mart 2021 11:55
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə ağır yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, dünən saat 23 radələrində  Balakən rayonu Kortala kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri - Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.