Hadisə

Balakəndə Türkiyəyə məxsus yük maşını aşdı

4 Mart 2021 09:17
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə iritutumlu yük maşını aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu ərazisindən keçən hissəsində baş verib. 

Türk şirkətlərindən birinə məxsus, Türkiyə vətəndaşı Sultanhamit Türkərin idarə etdiyi "Mercedes" markalı yük maşını Bakıdan İstanbula qayıdarkən Balakən rayonunun Beşbulaq adlanan ərazidə sərt döngədə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı irigövdəli ağacları devirərək yolun hərəkət zolağına aşıb. Qəza zamanı  sürücü yüngül xəsarət alıb, maşına ciddi ziyan dəyib. Qəza nəticəsində magistral yolda maşınların hərəkətində müvəqqəti dayanıb.  

Müvafiq qurumlar tərəfindən yola düşən ağaclar təmizlənərək hərəkət bərpa olunub. Hadisə yerinə cəlb olunan ağır texnika vasitəsi ilə yük maşını yoldan kənarlaşdırılıb.  

Sürücünün sözlərinə görə, qaranlıqda qarşısına çıxan heyvanı vurmamaq üçün manevr edib. Nəticədə qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.