Hadisə

"TIR"yol kənarında duran traktorla toqquşdu: ölən və xəsarət alanlar var

1 Mart 2021 12:41
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızıda "TIR" traktorla toqquşub, ölən  və xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb Belə ki, "TIR" yol kənarında dayanan traktora çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı traktorun sürücüsü, 1961-ci il təvəllüdlü Səfərov Həsənalı Səfər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. "TIR"ın sürücüsü və sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.