Hadisə

İntihar edən tələbə ilə bağlı universitetdən açıqlama - FOTO

14 Fevral 2021 18:52
Baxış: 3 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi bu gün üzücü hadisə yaşanıb. Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov həyatına qəsd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğu məlumat yayıb. 

Məlumatda bildirilir ki, gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil:

"Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda yanlış olaraq onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.

Məsələ ilə bağlı açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov qeyd edib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub.

Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirib həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur.

Bir daha gəncin yaxınlarına baş sağlığı verir, KİV nümayəndələrindən xahiş edirik ki, ADPU adından yayılan yanlış məlumatda korreksiya edilsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.