Hadisə

Ağacların kəsilməsi faktı təsdiqləndi, amma heç kim məsuliyyətə cəlb olunmadı

12 Fevral 2021 14:58
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyinin 13 saylı dolayında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən meşə sahəsində qanunsuz ağac kəsintisi qeydə alınmayıb.

O qeyd edib ki, meşə qanunvericiliyinə uyğun olaraq 2020-ci il üçün Ağsu meşəbəyliyinin 13 saylı dolayındakı ərazinin qırma sahəsi üçün ayrıldığı və ərazidəki bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağacların kötüklərinin damğalanaraq oduncaq tədarükü üçün kəsildiyi və buraxılış orderi əsasında hüquqi və fiziki şəxslərə satıldığı məlum olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.