Hadisə

Qubadlıda 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

2 Fevral 2021 11:07
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza­nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu mina­la­dığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxın­lı­ğın­da 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.