Hadisə

Yol polisi avtomobildə qanunsuz odlu silah aşkarladı - FOTO

30 Yanvar 2021 14:37
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları "Mercedes" markalı avtomobildə qanunsuz odlu silahın olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, sürücü, İsmayıllı rayon sakini İsmayıl Hacıyev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona "saxla" əmri verilib. Yol polisi avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb. Araşdırma zamanı həmin "TOZ-63" markalı odlu silahın müvafiq sənədlərinin olmadığı məlum olub. İ.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Həmçinin, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində rayonun Qalınçaq kənd sakini Saiq Qəribov "İJ-16" markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.