Hadisə

Bakıda vətəndaş polisləri belə aldatdı

28 Yanvar 2021 10:37
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir nəfər intihar edəcəyi barədə polisə məlumat verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, polisə intiharla bağlı informasiya daxil olduqdan sonra 10 dəqiqə ərzində həmin şəxsin yaşayış yeri sosial şəbəkədəki profili vasitəsilə öyrənilib. Dərhal polis əməkdaşları hadisəyə müdaxilə etmək üçün vətəndaşın evinə gediblər. Ancaq intihar edəcəyi barədə məlumat verən şəxs bunu zarafatla etdiyini, əslində, belə bir fikirdə olmadığını bildirib.

Vətəndaşla etdiyi məsuliyyətsizliyə görə, profilaktiki söhbət aparılıb və ona xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.