Hadisə

İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb

22 Yanvar 2021 14:54
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan "İJ-16", Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan "İJ-18" markalı öv tüfəngləri aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.