Hadisə

Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib

21 Yanvar 2021 16:02
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılmış, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında respublika hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, həmin şəxslərdən 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə "şiddətli töhmət", 11-nə isə "töhmət" elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.