Hadisə

Gizli işləyən daha bir kafe aşkarlandı, 10 nəfər saxlanıldı - VİDEO - FOTO

21 Yanvar 2021 12:39
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şəki" kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi Rövşən Nəbiyev və daha 9 müştəri saxlanılaraq Polis İdsrəsinə gətirilib.Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Kafenin sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar isə məhkəməyə göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.