Hadisə

Nərimanovda restoran və ticarət obyektləri yandı - YENİLƏNİB - VİDEO

2 Yanvar 2021 17:18
Baxış: 8 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:18

Bakı şəhərinin Nərimanov rayonunda restoran və müxtəlif təyinatlı ticarət obyektlərinin yerləşdiyi ikimərtəbəli binanın ikinci mərtəbəsinin (1250 m² sahədə restoran yerləşir) yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------
15:10

Bakının Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında "50 qəpik" restoranında yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın Əliyar Əliyev küçəsində yerləşən restoranda baş verib. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.