Hadisə

Daha bir vəkil koronavirusdan vəfat etdi

3 Dekabr 2020 14:55
Baxış: 1 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Vəkillər Kollegiyasının üzvü, "Lider" Vəkil bürosunun rəhbəri Əli Ələkbərov COVID-19 infeksiyasından dünyasını dəyişib.

Faktı Vəkillər Kollegiyasından APA-ya təsdiqləyiblər. Bildirilib ki, Ə. Ələkbərov müalicə aldığı xəstəxanada bu gün vəfat edib.

Qeyd edək ki, son günlər Vəkillər Kollegiyasının daha bir neçə üzvü - tanınmış vəkillər Tahir Əlirzayev, Yusif Seyidov və Adil İsmayılov da koronavirusdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.