Hadisə

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

3 Dekabr 2020 15:03
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib. Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib.

İsmayıllı Rayon Polis Şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.