Hadisə

Zərdabda evi tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlandı - VİDEO

3 Dekabr 2020 11:29
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədov virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Daxili İşllər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər tbbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.