Hadisə

Koronavirus xəstəsi şəhərdə saxlanıldı, cinayət işi açıldı - FOTO

1 Dekabr 2020 14:03
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, COVİD-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elmin Qantayevə ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb.

Ancaq koronavirus daşıyıcısı olan E.Qantayev qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən o, idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman saxlanılıb və müəyyən edilmiş tibbi prosedurlar da gözlənilməklə E.Qantayev koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib. Onun barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci madddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.