Hadisə

Hacıqabulda atlını yük avtomobili vurub

27 Oktyabr 2020 17:39
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda 15 yaşlı atlını yük avtomobili vurub.   

Milli.Az bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

"Shachman" markalı yük avtomobili yolu keçən atlı, Şamaxı rayon sakini, 2005-ci il təvəllüdlü Babayev Amil Vaqif oğlunu vurub.

Ağır xəsarətlər alan 15 yaşlı oğlan Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.