Hadisə

“KamAZ” su kanalına aşdı, sürücü öldü

26 Oktyabr 2020 15:30
Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda "KamAZ" markalı yük avtomobili kanala aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 24-də saat 7 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Elsevər Quliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobilini ərazidən keçən "Yuxarı Qarabağ" kanalına aşırıb. Qəza nəticəsində hadisə yerində ölən sürücü E.Quliyevin meyiti sudan çıxarılaraq təhvil verilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.