Hadisə

Cəlilabad sakinindən 6 kq çox narkotik götürülüb

10 Oktyabr 2020 18:34
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan G. Cəbrayılov saxlanılıb. Şəxşi axtarış zamanı ondan 11 qramdan artıq tiryək, idarə etdiyi "VAZ-2106" avtomobilə baxış zamanı isə 5 kiloqram 165 qram heroin, 545 qram tiryək və 191 qramdan artıq metamfetamin, habelə yaşadığı evə baxış zamanı 335 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.