Hadisə

Hacıqabulda avtomobil aşdı: ölən və yaralanan var

7 Oktyabr 2020 12:47
Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 6-da saat 13 radələrində rayonun Qarasu kəndi ərazisində Bərdə rayon sakini E.Mehdiyev idarə etdiyi "Ravon" markalı avtomobili aşırıb. Nəticədə xəsarət alan sərnişinləri - anası Şükufə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Ş.Mehdiyeva aldığı xəsarətlərdən orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.