Hadisə

Naxçıvanda ticarət mərkəzindən 315 min manat oğurluq olub

28 Sentyabr 2020 16:30
Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikasından Daxili İşlər Nazirliyinə sentyabrın 22-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 315 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini M.Seyidzadə və Danyeri kənd sakini Y.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.