Hadisə

“Olympus Pub”da 8 nəfər cəzalandırıldı

26 Sentyabr 2020 16:15
Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.   

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən "Olympus Pub" restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.