Hadisə

Xətai rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

25 Sentyabr 2020 20:09
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısını əlindən alıb. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vəliyev saxlanılıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.