Hadisə

"Protiv" çıxan "Hyundai" keçiddə piyadanı belə vurdu - VİDEO

24 Sentyabr 2020 11:43
Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb. "Hyundai" markalı avtomobilin sürücüsü əks istiqamətdə çıxaraq hərəkət edir. Bu zaman piyada keçidindən keçən piyadanı vurur. Hadisə nəticəsində piyada ağır xəsarət alır. 

Hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılır.

Qeyd edək ki, bu küçədə bəzən sürücülər əks istiqamətdə hərəkət edir. Amma ən böyük risk həmin piyada keçidi yerləşən ərazidir. Çünki "Şəhidlər xiyabanı" istiqamətindən gələrək Teymur Elçin küçəsinə dönmə edən sürücülər qarşıdan gələni heç cür görə bilmir. Videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.