Hadisə

Həmin kənddə yenə yanğın oldu - FOTO

23 Sentyabr 2020 18:19
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubanın Dəlləkli kəndində daha bir yanğın hadisəsi baş verib. 

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, yanğın rayonun Dəlləkli kəndində bir neçə gün əvvəl təkrarlanan yanğınlar səngisə də, bu gün də daha bir yanğın hadisəsi baş verib. Belə ki, kənd sakini Dəmirxan Xalidova məxsus mal tövləsi və tövlənin damına yığılmış quru ota od düşüb. 

Quba Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın yerli sakinlər və yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Hadisə nəticəsində 50 kiloqramadək quru ot bağlaması yanıb. Heyvanlara ziyan dəyməyib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 19-da və 20-də kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın törədilməsinə görə 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) saxlanılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.