Hadisə

Eko-Radar bölməsinə daxil olan şikayət araşdırıldı

23 Sentyabr 2020 13:02
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.