Hadisə

Qırmızıda keçən "Range Rover" və "Tofaş" toqquşdu - VİDEO

22 Sentyabr 2020 13:18
Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qırmızı işıqdan yolayrıcına daxil olan iki avtomobil toqquşub.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə bir müddət əvvəl paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində, "Asan xidmət"in qarşısında baş verib.

"Tofaş" və "Range Rover" markalı avtomobillərin sürücüləri Nazim Hikmət küçəsi ilə kəsişmədə işıqforun qadağanedici nişanının tələblərini pozaraq yolayrıcına - Şərifzadə küçəsinə daxil olurlar. Nəticədə isə bir-birinə çırpılırlar. "Range Rover" markalı avtomobilin sürücüsü son anda qəzadan qaçmağa çalışsa da bu mümkün olmur.

Qeyd edək ki, analoji qəzalar Bakı şəhərində tez-tez baş verir. Belə ki, sürücülər işıqforun son saniyəsində yolayrıcına daxil olur. Bu zaman qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşur. Videonu təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.