Hadisə

Bakıda “Mitsubishi” maneəyə çırpıldı: 4 nəfər yaralandı - FOTO

20 Sentyabr 2020 10:11
Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

"Mitsubishi" markalı avtomobillə hərəkətdə olan sürücü idarəetməni itirib. Avtomobil şosedən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə olan sürücü və iki sərnişin salonda sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidnmətinin əməkdaşları gəlib. 

Qəza nəticəsində sürücü 35 yaşlı Məmmədov Elçin İmaməli oğlu və onun həyat yoldaşı, Məmmədova Vəfa Əfsər qızı, eləcə də Behbudova Jalə Mahir qızı və 26 yaşlı Mütəllimov Əqdət Miqtət oğlu ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.