Hadisə

Qanunsuz ov edən şəxslər cəzalandırıldılar

11 Sentyabr 2020 18:55
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xızı rayonunun Ağdərə kəndində və Qobustan rayonunun Duzan adlanan ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ramil Nəsirov, Şirvan şəhər sakini Ayaz Fərəməzov və Şamaxı rayon sakini Emin Mikayılov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

"Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.