Hadisə

Qızı ilə dalaşan qadın özünü yandıraraq öldürdü

4 Sentyabr 2020 12:27
Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Qədirova Raya Zülfüqar qızı ailə münaqişəsi zamanı qızı, 1992-ci il təvəllüdlü Elgül Qədirova ilə aralarında baş verən dava zamanı öz üzərinə benzin tökərək bədəninə od vurub. Qadın ağır yanıq xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, iki uşaq anası Elgül Qədirova rayonun Xəlitli kəndinə gəlin köçüb və bu günlərdə həyat yoldaşından boşanacağı barədə anası Raya Qədirovaya məlumat verib. Raya Qədirova qızına boşanmamağı tövsiyə edib və boşanarsa, özünü yandıracağını bildirib. Buna inanmayan Elgül həyat yoldaşından ayrılaraq uşaqları ilə birgə anasının evinə gəldiyi üçün qadın özünə qəsd edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.