Hadisə

Polis Ekologiya Nazirliyi ilə reyd keçirdi: "Kamaz" sürücüsü cərimələndi - FOTO

27 Avqust 2020 15:58
Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində mütəmadi olaraq reydlər keçirirlər.

Milli.Az istinadən bildirir ki, avqustun 25-də keçirilən reyd zamanı paytaxtın Suraxanı rayonu Kərpic Zavodu ərazisində bərk tullantıların "Kamaz" markalı yük avtomobili ilə boşaldılması faktı aşkar edilib.

Bakı şəhər sakini N.Yaqubov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunaraq ona 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.