Hadisə

Qanunsuz ov edənlər 1000 manat ödəyəcəklər

26 Avqust 2020 19:23
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib:

"Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov olduğu məlum olub, onlardan ov tüfəngləri və patron götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.