Hadisə

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

24 Avqust 2020 17:04
Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbiri zamanı İmişli rayonu ərazisindəki Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib:
"Araşdırma zamanı brakonyerlərin Sabirabad rayon sakinləri Tahir Muxtarov və Ruslan Əhmədov olduğu məlum olub, onlardan ov tüfəngləri və ovlanmış qaşqaldaq quşları götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub".

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.