Hadisə

Qanunsuz ov tüfəngi götürüldü

19 Avqust 2020 13:02
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan "Bum" markalı ov tüfəngi aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.