Hadisə

“VAZ-2107” aşdı, sürücü yaralandı - FOTO

15 Avqust 2020 17:52
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb.

Məlumata görə, şəhər sakini İlkin Süleymanov idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkət olarkən idarəetməni itirərək yolun kənarına aşırıb. Nəticədə sürücü İ.Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı kənd sakinlərinin köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.