Hadisə

Bu marketlərin icarədarları cərimələndilər - FOTO

15 Avqust 2020 11:49
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına əməl etməyən satış obyektləri aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayon icra hakimiyyəti, Binəqədi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun S.S.Axundov küçəsində "Rahat", "Araz", A.Kunanbayev küçəsində "Tayqa", "Ruslan" və adsız digər marketlərinin icarədarları və tibbi maskalardan istifadə etməyən xidmət personalı inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 8 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə olunublar.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.

Rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.