Hadisə

Ağdaşda avtomobil aşdı: sürücü öldü, sərnişin xəsarət aldı

30 İyul 2020 19:08
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Göyçayın Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş Girman oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşısına çıxan maneəni vurmamaq üçün sükanı kənara çevirib və idarəetmənin itməsi nəticəsində maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Siyavuş Qafurov ağır xəsarətlər aldığı üçün dünyasını dəyişib. Sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.