Hadisə

Şəkidə leysan fəsadlar törətdi: 4 kənd işıqsız qaldı, qaz xəttini ildırım vurdu - YENİLƏNİB - VİDEO

23 İyul 2020 10:26
Baxış: 2 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:26

Şəkidə güclü yağış fəsadlar törədib.

Milli.Az xəbər verir ki, Şəki Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında rayon ərazisində güclü yağış və ildırım olub:

"Hadisə nəticəsində şəhər ərazisində qaz xəttini ildırım vurub, xətdə yanğın olub. Yanğının qarşısı alınıb. Leysan yağışları nəticəsində rayonun elektrik enerji təsərrüfatına da ziyan dəyib. Nəticədə bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırılıb. Artıq problemin aradan qaldırılması istiqamətində işlər görülür, əksər ərazilərə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda Şəki şəhərinin kiçik bir hissəsi və 4 kəndinə elektrik enerjisinin bərpası istiqamətində işlər görülür".

İcra Hakimiyyətindən bildiriblər ki, Şəki şəhərinin mərkəzinə və ətraf yaşayış məntəqələrinə yağan leysan nəticəsində yaranan sel suları bəzi yolların asfalt üzlüyünü yuyub: "Rayon ərazisində və bəzi kəndlərdə bir neçə evin həyətyanı sahəsinə və zirzəmilərə yağış suları dolub. Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib".

----------
09:50

Şəkiyə yağan güclü leysan daşqınlara səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin küçələrini sel suları yuyub, evlərə və həyətyanı sahələrə ziyan dəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.