Hadisə

Paytaxtda reyd keçirilib, obyekt rəhbərlərinə ciddi xəbərdarlıq edilib - FOTO

16 İyul 2020 10:33
Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal rayonu ərazizində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, reydlər zamanı bəzi obyektlərdə çatışmamazlıqlar aşkar edilmişdir. Belə ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsindəki "OBA" marketdə və "Qrandmart" supermarketində nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib. Reydin nəticəsi olaraq "OBA" marktin məsul işçisi Qənbərov Ağakərim və "Qrandmart" supermarketinin işçisi Paşayev Elgiz İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat cərimə edildi, obyektlərin rəhbərləri isə ciddi xəbərdarlıq edildilər.

Reyd iştirakçıları tərəfindən obyektlərdə işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə üçün müvafiq göstərişlər verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.