Hadisə

Avtomobillə velosiped sürən 4 yaşlı uşağı vuraraq öldürdü

14 İyul 2020 14:21
Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda velosiped sürən 4 yaşlı uşaq avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatına görə, iyulun 13-də saat 16 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.