Hadisə

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTO

14 İyul 2020 15:27
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən "Fithouse" adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov arələrində isə qanunamüvafiq tədbir görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.