Hadisə

Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

14 İyul 2020 11:14
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda zəhərlənmədən ölən qadının şəxsiyyəti müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyulun 10-da axşam saatlarında 20-25 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ölən qadının kimliyi müəyyən edilib.

Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həb qəbul etdiyindən dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.