Hadisə

Qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi

12 İyul 2020 16:41
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Milli.Az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.